Millimizin daha bir üzvü erməni ilə dostluq edir - FOTO

16 Yanvar 2020 14:04

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Almaniyada yaşayan Levon və Eno adlı erməni repçilərlə dostluq edir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, hücumçumuz onlarla bərbərxanada çəkdirdiyi şəkilləri "Instagram"da paylaşıb. Eyni zamanda bərbər salonunun rəsmi səhifəsi də "üçlüy"ün görüntüsünü yayıb. 
 
Qeyd edək ki, bundan öncə millimizin və "Erzgebirge"nin futbolçusu Dmitri Nazarov Almaniyada erməni bərbər Ovik Manukyanın yanına gedib və onunla şəkil çəkdirmişdi.

Bu görüntülər qalmaqal yaratmış, milli üzvünü buna görə tənqid etmişdilər.

Milli.Az