"Qalatasaray"ın istədiyi oyunçu İspaniya klubuna keçdi

16 Yanvar 2020 16:40

Bir neçə aydır adı "Qalatasaray"la çəkilən oyunçu İspaniya klubu ilə razılığa gəlib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin hədəfindəki futbolçu Jeison Murillo karyerasını "Selta Viqo"da davam etdirəcək.

27 yaşlı  kolumbiyalı futbolçu müqavilə ilə "Sampdoria" klubuna məxsusudur. O, mövsümün sonuna qədər  icarə əsasında "Selta Viiqo"da çıxış edəcək.

Qeyd edək ki, Murillo daha öncə "Barselona", "İnter", "Valensiya" kimi klublarda forma geyinib.

Milli.Az