McDonald`s-ın meneceri 14 yaşlı qızı soyuducuda zorlayıbmış - FOTO

16 Yanvar 2020 15:18

Soyuducuda 14 yaşlı qızı zorlayan şəxs saxlanılıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, ABŞ-ın Minnesota ştatının Maple Grov şəhərində yerləşən McDonaldsın meneceri 25 yaşlı Andrew Albertorio 14 yaşlı qıza təcavüz etdiyinə görə həbs edilib.

Qız ifadəsində bildirib ki, Snapchat-da tanış olduğu Albertorio ilə səmimi münasibət yaratdıqdan sonra onun menecer olduğu McDonaldsda işə başlayıb. Bir müddət sonra menecer qızın azyaşlı olmasına əhəmiyyət vermədən onunla cinsi əlaqədə olub.

10 il müddətinə azadlıqdan məhrum edilən Albertorio həbsxanaya getməzdən əvvəl qızın ailəsindən üzr istəyib.

Cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir..

İsmayıl
Milli.Az