Xəstəxanaya yerləşdirilən şoumendən xəbər var

16 Yanvar 2020 16:17

Bir neçə gün bundan əvvəl vəziyyəti ağırlaşan şoumen Mehmet Ali Erbilin vəziyyəti yaxşılaşıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, evinin vanna otağında yıxılaraq qabırğaları sınan, 235 gün xəstəxanada qalan şoumen yenidən reanimasiyaya yerləşdirilmişdi.

Xəstəxanadan verilən məlumata görə, artıq Erbil palataya yerləşdirilib. Onun vəziyyəti stabildir.

Milli.Az