Qadın boşanma qərarı çıxan kimi məhkəmənin qarşısında yallı getdi, camaata paxlava payladı - VİDEO - FOTO

16 Yanvar 2020 12:12

Türkiyənin Hatay vilayətində maraqlı olay yaşanıb.

Milli.Az DHA-ya istinadla xəbər verir ki, məhkəmə prosesi il yarımdır ki davam edən qadın ərindən rəsmən boşandığını öyrəndikdə məhkəmə binasının qarşısında rəqs edib.

Aytən Kılıç adlı qadın il yarım əvvəl ərindən boşanmaq üçün şəhər məhkəməsinə müraciət etsə də, onlar hələ dünən rəsmi şəkildə boşanıblar.

Bu qərara sevinən qadın məhkəmə binasının qarşısında dostları ilə birlikdə yallı gedib. O, həmçinin məhkəmənin yaxınlığından keçən şəxslərə paxlava və çay da paylayıb.

Milli.Az maraqlı görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az