Sumqayıtda beşmərtəbəli binada yanğın olub: xəsarət alan var

16 Yanvar 2020 11:08

Sumqayıt şəhərində beşmərtəbəli binanın 2-ci mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata əsasən, ümumi sahəsi 65 m² olan 3 otaqlı məzilin 1 otağında döşəmə 1 m² sahədə, 1 ədəd elektrik qızdırıcısı və yataq dəsti qismən yanıb.

Bildirilir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.otaq

Milli.Az