Suriya ordusu İdlibdə hərbi əməliyyatlara başladı

16 Yanvar 2020 10:27

Suriya ordusu ölkənin İdlib vilayətində hərbi əməliyyatlara başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, döyüşlər bölgənin cənub-şərqində gedir.

Məlumata əsasən, Əsəd ordusuna qarşı döyüşən qüvvələr atəşkəs barədə əldə olunan anlaşmanı pozublar.

Qeyd edək ki, ölkənin digər bölgələrində döyüşlər artıq yanvarın 10-dan başlayıb.

Milli.Az