Lalə Kayahanın keçmiş həyat yoldaşı ilə görüşdü - FOTO

16 Yanvar 2020 13:43

Əməkdar artist Lalə Məmmədova və stilist Elnur Həsənov mərhum türkiyəli müğənni Kayahanın keçmiş həyat yoldaşı İpək Acarla görüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, İstanbulun "Zorlu" alış-veriş mərkəzindəki restoranların birindən fotolarını yayımlayan müğənni bunları qeyd edib:

"Azərbaycan -Türkiyə mədəniyyəti adına böyük sənətkar Kayahanın gördüyü işin davamını gətirmək istədik. Gözəlimiz İpək xanımı yenidən görmək çox xoş oldu. Ürəyimizdə nə qədər arzular var. Allah inşallah yol açsın, həyata kəçirək".

Qeyd edək ki, L.Məmmədova İpək Acarın bundan əvvəl Kayahanın mahnılarından ibarət hazırlatdığı albomunda yer almışdı.

Milli.Az