Tubanın yeni serialı bu tarixdə başlayır - FOTO

16 Yanvar 2020 10:45

Baş rollarını Tuba Büyüküstün, Cem Yiyit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu kimi məşhurların canlandırdığı "Rise of Empires: Ottoman" ("İmperiyaların çiçəklənməsi: Osmanlı imperiyası") sənədli serialın yayım tarixi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işi yanvarın 24-də "Netflix"də yayımlanacaq.

6 bölümdən ibarət olan serialda Fatih Sultan Mehmetdən, İstanbuldan və Osmanlı imperatorluğunda baş verən hadisələrdən bəhs edilir.

Ekran işinin səsləndirilməsində Halit Ergenç də iştirak edib.

Milli.Az