Türkiyədə "Wikipedia"ya giriş açılıb

16 Yanvar 2020 08:53

Türkiyədə "Wikipedia" onlayn-ensiklopediyasına giriş açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərarı Ankaranın birinci instansiya məhkəməsi verib.

Xatırladaq ki, "Wikipedia"ya giriş 2017-ci ilin aprel ayının 29-u beynəlxalq arenada Türkiyənin imicinin pislənməsi üzrə kampaniyanın bir hissəsi olduğuna görə bağlanmışdı.

Milli.Az