Nümayəndələr Palatası Trampın impiçmenti üzrə işi Senata verib

16 Yanvar 2020 08:33

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinin iki maddəsinin Senata verilməsinin lehinə səs verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, iki maddənin Senata verilməsinin lehinə Palatanın 228 üzvü, əlehinə isə 193 üzvü səs verib.

Səsvermə formal olaraq Palatanın spikeri Nensi Pelosi tərəfindən irəli sürülən və Senatda ittihamı təmsil edəcək yeddi üzvün namizədliyini təsdiq edib. D.Trampın impiçment prosesində ittihamçı qrupa Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri, demokrat Adam Şiff rəhbərlik edəcək.

Milli.Az