Albaniya iki iranlı diplomatı ölkədən göndərib

16 Yanvar 2020 07:35

Albaniya höküməti iki iranlı diplomatı ölkədən göndərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Albaniyanın xarici işlər naziri vəzifəsini icra edən Gent Tsakay deyib.

G.Tsakay bildirib: "İran İslam Respublikasının iki nümayəndəsindən dərhal Albaniya Respublikasının ərazisini tərk etmələri istənib".

Qeyd edilir ki, diplomatların ölkədən çıxarılmalarına səbəb onların diplomatik statuslarına uyğun olmayan fəaliyyətlərdə iştirak etmələri olub.

Milli.Az