Avropa Parlamenti "Brexit" üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək

15 Yanvar 2020 23:18

Avropa Parlamenti "Brexit"in şərtləri üzrə razılaşmanı ayın sonunda təsdiqləyəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen İrlandiyada keçirilən mətbuat konfransı zamanı deyib.

U. fon der Lyayen bildirib: "Avropa Parlamenti onu ayın sonu təsdiqləyəcək".

Avropa Parlamentinin rəhbəri həmçinin qeyd edib ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinə iki həftə qalıb.

Milli.Az