ABŞ və Çin ticarət sazişi üzrə birinci sənədlər paketini imzalayıblar

15 Yanvar 2020 22:24

ABŞ və Çin uzun 13 mərhələlik danışıqlarından sonra razılığa gəliblər və ticarət sazişi çərçivəsində birinci sənədlər paketini imzalayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sənədlər paketi Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının baş nazir müavini Lyu Xe tərəfindən imzalanıb.

Sənədin imzalanma mərasimi Ağ Evin saytında canlı yayımlanıb.

Milli.Az