Sergen Yalçın istefaya göndərildi

15 Yanvar 2020 21:53

Türkiyənin "Yeni Malatyaspor" klubu baş məşqçisi Sergen Yalçını istefaya göndərib. Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Ötən gün Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində "Sivasspor"a qarşı ilk oyunda 0:4 hesablı məğlubiyyətlə üzləşən klubun rəhbərliyi çıxış yolunu baş məşqçi dəyişikliyində görüb. Bu gün Sergen Yalçınla görüşən rəhbərlik onu istefaya göndərib.
 
Qeyd edək ki, "Yeni Malatyaspor" Sergen Yalçının rəhbərliyi altındakı son 8 qarşılaşmadan yalnız birində qələbə qazanıb. Sözügedən komanda Türkiyə Super Liqasında ilk dövrəni 24 xalla 8-ci pillədə başa vurub.

Milli.Az