“Neftçi” böyük hesabla məğlub oldu

15 Yanvar 2020 20:17

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Roberto Bordinin komandasının rəqibi "LKS Lodz" (Polşa) olub. Görüş rəqibin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

Qeyd edək ki, "Neftçi" toplanış çərçivəsində daha 2 yoxlama görüşü (20 yanvar - "Dinamo", Kiyev, Ukrayna; 24 yanvar - "Desna" Ukrayna) keçirəcək.

Milli.Az