Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

15 Yanvar 2020 19:03

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə "Anadolu" agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

Xatırladaq ki, "Anadolu" agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.

Milli.Az