Minik avtomobili yük maşınına çırpıldı: xəsarət alan var - FOTO

15 Yanvar 2020 18:37

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" markalı, 20-DA-208 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az