Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”

15 Yanvar 2020 17:57

İranlı general Qasım Süleymaninin ölümündən sonra ABŞ və İran arasında yaşanan gərginlik azalmağa başladığı bir vaxtda İran Prezidenti Həsən Ruhani növbəti sərt açıqlama ilə diqqət mərkəzinə gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ əsgərlərinin bölgədə təhlükəsiz vəziyyətdə olmadığını vurğulayan Ruhani Avropa Birliyi əsgərlərinin də təhlükəyə düşə biləcəyini söyləyib.

ABŞ-ın Yaxın Şərqi etibarsız bir vəziyyətə sürüklədiyi fikrini müdafiə edən Ruhani Vaşinqton rəhbərliyini törətdiyi cinayətlərə görə üzr istəməyə dəvət edib.

"Bölgədəki ABŞ əsgərləri təhlükəsiz vəziyyətdə deyil. Bu, sabah AB əsgərləri üçün də qüvvədə ola bilər. Onlar da təhlükədə ola bilər", - sözləri ilə Ruhani növbəti hədəfini göstərib.

Milli.Az