1396 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

15 Yanvar 2020 17:42

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, indiyə qədər 1396 nəfərin namizədliyi qeydə alınıb.

Milli.Az