Bakıda avtomobil ağaca çırpılıb, ölən var

15 Yanvar 2020 22:28

Bakı şəhərinin Sabunçu rayonunda "Moskviç" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1972-ci il təvəllüdlü Məmmədov Namiq Əliməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az