Cəlilabad sakinindən 1 kq-dan artıq heroin götürüldü

15 Yanvar 2020 21:00

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.

Milli.Az