"Liverpul"un kapiatnı Cordan Henderson İngiltərədə ilin ən yaxşı futbolçusu seçilib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, söhbət milli komandada 2019-cu ildə hansı futbolçunun daha yaxşı, stabil çıxış etməsindən gedir.
Qalib adi uğrunda "Mançester Siti"dən Rahim Sterlinq və "Tottenhem"in hücumçusu Harri Keyni qabaqlayan Henderson geridə qalan ildə yığmanın heyətində meydanda olduğu 7 qarşılaşmanın hamısını yüksək səviyyədə keçirib.
Milli.Az