Ağdam sakini tüfəngini polisə təhvil verdi

15 Yanvar 2020 18:50

Ağdam rayon sakini mərhum atasından qalmış ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini İ.Abdullayev mərhum atasından qalmış müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "TOZ-16" markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Milli.Az