O kəs ki… – İmam Əlidən ayıldıcı buyuruşlar

19 Yanvar 2020 23:57

İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla tanış olaq.

İmam (ə) buyurur:

"O kəs ki, öz eybinə baxar və başqalarının eybini tutmaqdan geri qalar.

O kəs ki, Allahın ruzisinə razı olar - əlindən gedənlərə görə qəmlənməz.

O kəs ki, zülm qılıncını çəkər - elə onunla öldürülər.

O kəs ki, işində özünü əziyyətə salar - özünü həlak edər.

O kəs ki, özünü bəlaya salar - qərq olar.

O kəs ki, pis adı olan yerlərə addım atar - ittiham olunar.

O kəs ki, çoxlu danışar - çoxlu səhv edər.

O kəs ki, çoxlu səhv edər - həyası az olar.

O kəsin ki, həyası az olar - təqvası da az olar və qəlbi ölər.

O kəsin ki, qəlbi ölər - cəhənnəm atəşinə süqut edər.

O kəs ki, insanların çirkin əməllərinə baxar və onu çirkin hesab edər, sonra özü də həmin çirkinliklərə düçar olarsa - deməli o, həqiqi axmaqdır.

O kəs ki, ölümü çoxlu yada salar - dünyanın az şeyinə razı olar.

O kəs ki, bilər danışığı da əməl hesab olunur - zərurət olmadan danışmaz".

Milli.Az