Dağıstanda kəskin bağırsaq infeksiyası ilə bağlı onlarla uşaq xəstəxanaya yerləşdirildi

15 Yanvar 2020 17:23

Dağıstanın Kizlyar şəhərində 75 nəfər kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onlardan 39 nəfəri uşaqdır.

Hazırda 69 nəfər xəstəxanada müalicəsini davam etdirir.

Qeyd olunur ki, bağırsaq infeksiyasına çiy su səbəb olub. Hadisə ilə əlaqədar Dağıstanın hüquq mühafizə orqanlarında cinayət işi açılıb.

Milli.Az