Bakıda Pakistan vətəndaşının mağazası qarət olundu

15 Yanvar 2020 17:05

Bakıda əcnəbi vətəndaşın mağazası qarət olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.

Pakistan vətəndaşı, 1991-ci il təvəllüdlü Sadam Muhammed Firuzşah oğlu polisə müraciət edərək bildirib ki, Qara Qarayev prospekti 25/29-da işlətdiyi "Lady Star" geyim mağazasına gələn naməlum şəxs özünü kamera ustası kimi təqdim edərək mağazanın kassasından 200 manatı oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az