Cem Yılmaz Nigara dəstək oldu - FOTO

15 Yanvar 2020 16:55

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz sosial şəbəkədə azərbaycanlı ifaçı Nigar Muharremə dəstək olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, stendap ulduzu rəsmi tvitter səhifəsində gənc ifaçının "Yalnızlar şəhəri" klipini paylaşıb. 

Mahnını bəyənən Cem Nigarın partlayış etdiyini vurğulayıb.  

Xatırladaq ki, sözügedən klip "Youtube"da 5 ay ərzində 11 milyondan çox baxış toplayıb. 

Milli.Az