Paşinyan İstintaq Komitəsinə ifadə verməyə çağırıldı

15 Yanvar 2020 16:41

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İstintaq Komitəsinə çağırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə baş nazir öz "Facebook" səhifəsində yazıb.

O, müstəntiqin bir neçə sualına cavab verib. N.Paşinyanın hansı məsələ ilə əlaqədar İstintaq Komitəsinə çağırılmağı barədə məlumat verilmir.

Milli.Az