Ürəyi 100 dəqiqə dayandı - Yenidən həyata qayıtdı

15 Yanvar 2020 22:32

Ürək damarları tərs olaraq dünyaya gələn körpə xilas edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Türkiyədə bir günlük uşağ əməliyyat edilərək yenidən həyata qaytarılıb. Belə ki, onun anadangəlmə qəlbində dəlik olduğu və ürək damarlarının tərs yerləşdıyı məlum olub.

Vaxt itirilmədən körpə ambulans helikopter ilə Qazientepdən Konyaya gətirilib. Onun ürək damarlarını müalicə etmək üçün əməliyyata alıblar. Cərrah uzman doktor Mehmet Çelik bildirib ki, əməliyyat uğurla həyata keçirilib.

Uşağın xəstəliyinin "Böyük damarların transpozisiyası" olduğunu deyən cərrah, onun doğulduğu gün müayinə edilərək dərhal əməliyyata alındığını bildirib.

İlk olaraq onun ürəyindəki dəlik əməliyyat edilib,daha sonra isə tərs olan damarları düzəldilib. Bunun üçün təqribən 100 dəqiqə körpənin ürəyi dayandırılıb və sonra cərrahi proses həyata keçirilib.

Hazırda bir günlük körpə reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Milli.Az