Xalq artistini ayağından güllələyiblər

15 Yanvar 2020 14:15

Rusiyanın xalq artisti Aleksey Serovu Moskvaətrafında kafeda dava zamanı ayağından güllələyiblər.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə xalq artisti özü deyib.

Onun sözlərinə görə, dostları və qonaqları ilə birlikdə kafedə olarkən qonşu masada əyləşənlərlə  mübahisələri yaranıb.

"Mübahisə davaya çevrildi. Sonra məsələni bir kişi kimi küçədə həll etmək istədik. Danışıqlar nəticə vermədi. Çünki dava edənlərin birində tapança var imiş və o, mənim ayağıma atəş açdı", - xalq artisti deyib.

Güllələnmə hadisəsindən sonra xəstəxanaya yerləşdirildiyini deyən müğənni bildirib ki, onun ayağındakı güllələr çıxarılıb və hazırda axsayır.

Həkim nəzarətində olduğunu qeyd edən artist onu da deyib ki, hadisə ilə bağlı polisə müraciət etməyib: "Hansı məhkəmə, nə danşırsınız? Mən fikirləşirəm ki, ora heç polis də gəlməyib".

Milli.Az