Nazirlik psixoloqların maaş artımı məsələsinə münasibət bildirdi

15 Yanvar 2020 14:06

Ötən gün Kütləvi İnformasiya Vasitələrində və sosial şəbəkələrdə psixoloqların əməkhaqqının artırılması ilə bağlı məlumatlar yayılıb. 

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Təhsil nazirinin müvafiq əmri ilə əməkhaqqı artımı 24-28 dekabr tarixlərində diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil olunur.

Hazırda psixoloqların əməkhaqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

Milli.Az