Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilər digər ölkələrə rahat səyahət edə biləcəklər

15 Yanvar 2020 13:35

Azərbaycanda qaçqın statusu altında yaşayan əcnəbilərin "Yol sənəd"i gələn həftə təqdim olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib. Onun sözlərinə görə, ötən ildən hazırlanan bu sənəd artıq hazırdır:

"Ölkəmizdə qaçqın statusunda yaşayan əcnəbilər üçün yaradılmış "yol sənədi" artıq hazırdır. Bu sənəd yanvar ayının 23-dən həmin şəxslərə təqdim olunacaq. Sözügedən "Yol sənədi" ilə həmin ad altında yaşayan şəxslər başqa bir ölkələrə rahat şəkildə səyahət edə biləcəklər".

Milli.Az