Sia 16 yaşlı oğlanı övladlığa götürdü

15 Yanvar 2020 19:26

Dünyaca məşhur müğənni Sia övladlığa uşaq götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Avstraliyadan olan pop ulduz bu barədə "GQ" jurnalına müsahibəsində danışıb.

44 yaşlı sənətçi yeniyetmə bir oğlanı himayəsinə götürüb. Sia övladının 16 yaşı olduğunu da açıqlayıb.

O, HBO-da yayımlanan və ABŞ-dakı qoruyucu ailə sistemindən bəhs edən "Foster" sənədli filmindən sonra belə qərara gəldiyini söyləyib.

Milli.Az