Ulduz futbolçu sevgilisini türk qızla aldatdı - FOTO

15 Yanvar 2020 20:26

"Arsenal"ın ulduzu Aleksandr Lakazette 5 ildi birlikdə olduğu sevgilisi Manon Moqaveroya xəyanət edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, fransalı ulduz gecə klubunda işləyən Funda Gedik adlı bir türk qızla görüşməyə başlayıb. Qəzet iddia edir ki, türk qız fransız futbolçu ilə görüşməyə başlayanda onun sevgilisinin olduğundan xəbər olmayıb.

Lakazette sevgilisinin olduğunu Funda Gedikə münasibətlərinin başlamasından 3 ay sonra etiraf edib. Aldadıldığından xəbərdər olan türk qız "Aleksandr mənə sədaqət və sevgi sözü vermişdi. Mənim ona inanmağım çətin olmadı. Çünki məni şahzadə kimi hiss etdirirdi. Londondakı lüks bir oteldə qalırdıq. Həmin vaxt 5 illik sevgilisinin olduğunu etiraf etdi. Bu sözlərdən şoka düşdüm. Çünki onun sevgilisinin olduğunu bilmirdim" deyib. 

Milli.Az