Azərbaycan nefti bahalaşır

15 Yanvar 2020 12:49

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 14-də 68.04 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.33 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66.53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0.88 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59.34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1.01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64.54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0.38 dollar/barel çoxdur.

Milli.Az