Kamilə Babayeva da AzTV-yə gəldi

15 Yanvar 2020 18:10

Aparıcı Kamilə Babayeva da efirə qayıdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqram "Görüş yeri" adlanır. Layihə AzTV-də yayımlanacaq.

Proqramın tanıtım çarxı da təqdim olunub. K.Babayeva verilişin efirə gedəcəyi tarixin hələ dəqiqləşdirilmədiyini bildirib.

Qeyd edək ki, Kamilə sonuncu dəfə ATV-də "5-ci element" verilişində aparıcılıq edib.

Milli.Az