Müğənni Xuraman Şuşalı arıqlaya bilməməsindən şikayətlənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu yaxınlarda 4-cü dəfə ana olan ifaçı buna səbəb kimi iştahının artmasını göstərib:
"Çox yeyirəm. Düzdür, vitamin içirəm. Ancaq bu gedişlə qorxuram ki, çətin arıqlayaram. Çörəyi az, əti çox yeyirəm, bir də meyvə. Əsas da gecələr. Çəkim 59-dur. 50 olmaq arzusundayam. Lakin ac qala bilmirəm".
Qeyd edək ki, X.Şuşalı övladı dünyaya gələndən sonra iki ay ərzində cəmi 6 kiloqram arıqlayıb.
Milli.Az