Türkiyəli aktrisa geyimi ilə diqqət mərkəzində - FOTO

15 Yanvar 2020 23:11

Uzun müddətdir ki, seriallardan uzaq düşən aktrisa Sinem Kobal geyimi ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, dünən müğənni Sıla ilə aşpaz Hazer Armaninin toyu olub. Sinem Kobal cütlüyün toyuna həyat yoldaşı Kənan İmirzalıoğlu ilə qatılıb.

Aktrisa sinə dekolteli və dərin yarıqlı libası ilə diqqət çəkib.

Kənan İmirzalıoğlu jurnalistlərə verdiyi açıqlamada ötən həftə "Kim milyoner olmak ister" verilişində iştirak edən Ümmu Gülsüm haqqında fikirlərini paylaşıb. O, nitq qüsurlu iştirakçıyla baş tutan proqramın 2 saata yaxın davam etdiyini deyib:

"Gülsümlə iki saat tək qaldıq. Onun cəsarətli ürəyi mənə çox toxundu və sonra başa düşdüm ki, Gülsüm ölkədəki hər kəsin qəlbinə toxunub. Bu məni çox sevindirdi. O qədər gözəl insan, enerjili və qüsursuz idi ki, insanı özündən hesab soruşmağa məcbur edirdi. Qarşınızda belə təmiz bir insan var, görəsən, mən necəyəm deyə hamımızın ruhuna toxundu". (publika.az)

Milli.Az