"Dünən kəndimdə inəklərin yanından keçirdim, indi..." - "Barselona"nın yeni baş məşqçisi

15 Yanvar 2020 11:59

Əvvəlcə kluba, prezidentə, Erik Abidal və Ramon Planesə mənə bu şansı verdikləri üçün təşəkkür edirəm. Ən cəsarətli xəyallarımın arasında belə "Barselona"nı çalışdırmaq, burada olmaq yox idi. Mən emosional biriyəm və bu gün mənim üçün xüsusi gündür.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın yeni baş məşqçisi Kike Setyen Kataloniya klubundakı ilk mətbuat konfransında deyib.

"Dünən kəndimdə inəklərin yanından keçirdim, indi isə dünyanın ən yaxşı futbolçularının məşqçisi oldum.  Oyunçularla danışdım, onlar ilk təması qurdum. Onların istəkli olması möhtəşəm idi. Bir-birimizi tez bir zamanda başa düşəcəyimizə şübhəm yoxdur. Çünki onları istəyəcəyim bir çox şeyi, onsuz da, bilirlər", - o bildirib.

Qeyd edək ki, "Barselona" baş məşqçisi Ernesto Valverdeni istefaya göndərərək onu K.Setyenlə əvəzləyib.

Milli.Az