Azərbaycanlı məşhurun da olduğu sərnişin təyyarəsində QORXULU ANLAR - FOTO

15 Yanvar 2020 15:19

Əməkdar artist Vasif Məhərrəmli duet ortağı Xatirə İslam ilə "Şou ATV"nin qonağı olub.

Milli.Az xəbər verir ki, Vasif müğənnilik peşəsinin çox ağır olduğunu bildirib.

Müğənni onlara bəxtəvərçilik verənlərə başına gələn bir hadisəni efirdə danışıb:

"Rusiyaya toya getmişdim. Toydan sonra Bakıya yola düşürdük. Mindiyimiz təyyarədə problem yarandı. Başladılar itlərlə təyyarəni yoxlamağa. Buradan da ev yiyəsi zəng edir ki, "Vasif müəllim...", deyirəm "Hə, gəlirəm". Amma mənim orada bəlkə 10 ilim dala düşdü. Bunların hamısını mən də, Xatirə də yaşamış insanlarıq. Bizim sənətimiz çox çətindir. Elə də qıraqdan baxıb bəxtəvərçilik verməsinlər". 

Məhəmməd Vaqif
Milli.Az