Rusiya limanında İran tankeri yandı

15 Yanvar 2020 10:18

Rusiyanın Maxaçqala limanında İrana məxsus tankerdə yanğın olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Dağıstanın təcili yardım xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

İlkin məlumata görə, ölən və yaralananlar yoxdur.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri işləyir.

Milli.Az