"Sivasspor"dan qələbə, "Başakşəhər" və "Fənərbağça"dan heç-heçə

15 Yanvar 2020 10:14

 Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib. "Başakşəhər" doğma meydanda "Kırklarelispor"la, "Fənərbağça" səfərdə "Kayserispor"la heç-heçə edib. "Sivasspor" isə "Yeni Malatyaspor"la ev oyununda 4 cavabsız qolla qalib gəlib.

14 yanvar
 
"Başakşəhər" - "Kırklarelispor" - 1:1
Qollar: Daniel 
Aleksiç, 79 (1:0), Deniz Atac, 90 (1:1)

"Sivasspor" - "Yeni Malatyaspor" - 4:0
Qollar:
 Mert Hakan Yandaş, 22, 49, Emre Kılınç, 26 (pen), Mustafa Yatabare, 45,

"Kayserispor" - "Fənərbağça" - 0:0

Milli.Az