Kənd camaatı pedofili ağaca bağlayıb, yandırdı - FOTO

15 Yanvar 2020 10:05

Azyaşlı qızı zorlayıb, sonra da öldürən kişi kənd camaatı tərəfindən cəzalandırılıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, dəhşətli olay Meksikada yaşanıb. Alfredo Roblero adlı orta yaşlı kişi 6 yaşlı qızı qaçırıb, zorlayıb, sonra da qətlə yetirib.

Kənd camaatı Alfredronu ağaca bağlayıb, döyüb, üstünə palçıq atıb, sonra da üzərinə benzin töküb, yandırıblar.

Hadisə yerinə polis gələnə qədər Alfredro ölüb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az