Keyfiyyətsiz məhsullar aşkar edilən mağazalar - SİYAHI

16 Aprel 2010 16:42
Xidmətdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, monitorinq zamanı ümumi çəkisi 1,1 tona yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsullar, kolbasa, konservləşdirilmiş məhsullar, yağlar, un məmulatları, süd və süd məhsulları, dəniz məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.

Bakının Səbail rayonunda

-         Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 7 ünvanında yerləşən "Nəzakətli market"də;

-         Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 8 ünvanında yerləşən "Saf market"də;

-         Badamdar qəsəbəsi, 1-ci massiv, 5-ci döngə, ev 296A ünvanında yerləşən "Məhəllə market"də;

-         Ə.Nəzərov küçəsi, ev 9 ünvanında yerləşən "Nurxan market"də;

-         Badamdar şossesi, ev 212 ünvanında Rəhman Hüseynova məxsus mağazada;

-         Bibiheybət döngəsi, 4, ev 16A ünvanında yerləşən "EM market"də;

 Binəqədi rayonunda

-         22-ci dağlıq küçəsində Şahin Ağalarova məxsus topdansatış obyektində;

-         Məmmədov və Hüseynov küçələrinin kəsişməsində Əli Hacıyevə məxsus mağazada;

-         Ə.Naxçıvani və Ə.Rəcəbli küçələrinin kəsişməsində Saləddin Abdullayevə məxsus anbarda;

-         Ə.Naxçıvani küçəsi, 3106-cı məhəllədə Əvəz Məlikova məxsus topdansatış anbarda;

-         Ə.Naxçıvani küçəsi, 3106-cı məhəllədə "Xəzər-99" firmasına məxsus topdansatış anbarında;

Yasamal rayonunda

-         M.Seyidov küçəsi, ev 45 ünvanında yerləşən "Avey market"də;

-         A.Şərifzadə küçəsi, ev 34 ünvanında yerləşən "Çərkəz market"də;

-         M.Seyidov küçəsi, ev 43, mənzil 2 ünvanında yerləşən "Sara market"də;

-         İnşaatçılar prospekti, ev 12, mənzil 26 ünvanında Nahid Axundova məxsus mini marketdə;

-         H.Cavid prospekti ilə Haqverdiyev küçələrinin kəsişməsində Tofiq Məmmədova məxsus mağazada;

-         M.Seyidov küçəsi, 3114-cü məhəllədə yerləşən "Miri market"də;

 Şəki şəhərində

-         S.Mümtaz küçəsində yerləşən "İlkin" pərakəndə ticarət mağazasında;

Naftalan şəhərində

-         H.Əliyev küçəsində yerləşən "Elgün" ərzaq mağazasında;

-         Bazar ərazisində Lalə Tağıyevaya məxsus ərzaq malları mağazasında;

 Xaçmaz şəhərində

- N.Tusi küçəsində Taleh İsmayılova məxsus mağazada;

Gəncə şəhərində

-         Dədə Qorqud küçəsində yerləşən "Ramal market"də;

-         Samux avtovağzalı ətrafında yerləşən "Budaqlı" ərzaq mağazasında;

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Milli.Az