Aktyor qadın geyimində jurnala çəkildi - FOTO

15 Yanvar 2020 19:34

"Allure" gözəllik jurnalının üz qabığına ilk dəfə kişi çəkilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu amerikalı aktyor Billi Porterdir. O, bəzəkli qadın geyimlərindən, aksessuarlardan və makiyajdan istifadə edərək, fotoqraf Ben Hassettemin kamerası qarşısına keçib.

Jurnalın baş redaktoru Mişel Li-nin fikrinə görə, gözəllik mövzusunda cins ayrıseçkiliyi ola bilməz.

Qeyd edək ki, aktyor hər zaman qeyri-adi geyimləri ilə gündəmə gəlir.

Milli.Az