Uşaq meydançasına yanacaq tökülüb - 60 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

15 Yanvar 2020 12:00

12:00

ABŞ-ın Los Anceles şəhərində təcili eniş edən təyyarənin yanacağı məktəblərin üzərinə tökülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində təxminən 60 nəfər yüngül xəsarətlər alıb.

Qeyd olunur ki, Los Ancelesdən Şanxaya uçmalı olan təyyarə Los Anceles beynəlxalq hava limanından havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıqla əlaqədar geri qayıtmalı olub. Bu zaman təyyarənin çəkisinin azaldılması üçün pilotlar yanacağı buraxmaq qərarına gəlib.

Nəticədə yanacaq aeroportdan 16 kilometr məsafədə yerləşən 4 məktəbin üzərinə tökülüb.

Xəsarət alan şagird və müəllimlərə yerində tibbi yardım göstərilib. Onlardan heç biri xəstəxanaya yerləşdirilməyib.

---------
08:24

Təyyarə ABŞ-ın Los-Anceles şəhərindəki ibtidai məktəbdəki uşaq meydançasına reaktiv yanacaq tökdükdən sonra ən azı 26 nəfər, o cümlədən 17 uşaq tibbi yardıma müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, onların hamısı yüngül xəsarətlər alıb, məktəbdən yerli xəstəxanaya çatdırılmağa ehtiyac yoxdur:

"Hadisə yerində təxliyə ilə bağlı əmr verilməyib".

Hazırda zərərçəkənlərə yardım göstərmək üçün 70 yanğınsöndürən və tibb işçisi hadisə yerindədir.

Milli.Az