Türkiyədə 220-dən çox qanunsuz miqrant saxlanılıb

15 Yanvar 2020 08:12

Türkiyənin İzmir vilayətinin sahilində qanunsuz miqrantların olduğu qayıq saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, dörd qayıqda 221 qanunsuz miqrant olub.

Miqranatlar sahil mühafizəçiləri tərəfindən Dikili, Menderes, Seferihisar və Urla vilayətlərində saxlanılıb.

Onların hamısı Suriya, Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Konqo, Seneqal, Fələstin, Toqo, Eritreya, Nigeriya, Yəməndən olan gəlmələrdir.

Milli.Az