İspaniyada neft-kimya zavodunda partlayış baş verib

14 Yanvar 2020 23:59

İspaniyanın Tarraqona vilayətində (Kataloniya muxtar icması) neft-kimya zavodunda güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jeneralitetin mülki müdafiə xidməti bildirib.

Məlumata əsasən, yaralıların olub-olmadığı hələki məlum deyil.

Xidmət yerli sakinlərdən evlərini tərk etməmələrini və pəncərə və qapılarını bağlamağı tövsiyə edib.

Milli.Az