“Əsas məqsəd bütün futbolçulara şans vermək idi" - Elmar Baxşıyev

14 Yanvar 2020 22:11

"Əsas düşündüyümüz bütün futbolçulara şans vermək idi. Bunu da həyata keçirdik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Antalya toplanışı çərçivəsində Macarıstanın MTK klubu ilə yoxlama matçından sonra deyib.

O, klubun saytına açıqlamasında 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Yoxlama oyununda nəticə qazanmağa köklənməmişdik. İstədiyimiz bütün futbolçuların oyun yüklənməsinə uyğunlaşması idi. Matça qarışıq heyətlə çıxmışdıq. Bunda məqsəd oyunçuları ritmə uyğunlaşdırmaq idi".

Milli.Az